24 oktyabr 2022 - ci il
tarixdə Xocalı Rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbdə tədbir
keçirilmişdir. Tədbirə məktəbin pedoqoji kollektivi və şagirdlər iştirak
etmişdir.Tədbirdə məruzə ilə çıxış edən
məktəbin tarix müəllimi Akif Rüstəmov bildirdi ki, “20 noyabr 1989-cu ildə
BMT-nin Baş Məclisi tərəfindən qəbul edilmiş Uşaq Hüquqları haqqında Konvensiya
uşaq hüquqlarının təmini istiqamətində standartları müəyyən edən və iştirakçı
dövlətlərin üzərinə öhdəliklər qoyan mühüm beynəlxalq hüquqi sənəddir.Bu il həmin Konvensiyanın Azərbaycan
Respublikası tərəfindən ratifikasiya edilməsinin 30 ili tamam olur.Uşaq hüquqları haqqında Konvensiyanın
implementasiyası və BMT-nin Uşaq Hüquqları Komitəsi tərəfindən dövlətin dövri
məruzələri üzrə verilmiş tövsiyələrin icrası məqsədilə ölkədə normativ-hüquqi
bazanın və institusional strukturun təkmilləşdirilməsi, uşaqların müdafiəsi
istiqamətində mühüm tədbirlər həyata keçirilib.Ölkədə uşaq hüquqlarının müdafiəsi,
təşviqi, pozulmasının qarşısının alınması, təmin edilməsi vəziyyətinin
öyrənilməsi və pozulmuş hüquqların bərpası Azərbaycan Respublikasının İnsan
Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətinin əsas istiqamətlərindən
birini təşkil edir.Bu baxımdan, Ombudsman tərəfindən hər
il olduğu kimi 2022-ci ildə də Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul
edilməsinin ildönümü ərəfəsində 20 oktyabr-20 noyabr tarixləri “Uşaq Hüquqları
Aylığı” elan edilir.Aylığın keçirilməsində məqsəd
aidiyyəti qurumları cəlb etməklə uşaqlara diqqət və qayğının təşviq edilməsi,
onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, bu sahədə
məlumatlılığın artırılması, uşaq hüquqlarının səmərəli müdafiəsi və təbliğinə
nail olmaqdır.